Niyaməddin Orduxanlı: “Bu insanlar Leyla Yunus kimilərinin həbsindən istifadə edirlər” MÜNASİBƏT

Niyaməddin Orduxanlı: “Bu insanlar Leyla Yunus kimilərinin həbsindən istifadə edirlər” MÜNASİBƏT

"Bu gün Rusiya bütün imkanlarını səfərbər edib ki, Azərbaycan dövlətinin bir sıra nüfuzlu qurumlarla münasibətləri korlansın. Artıq bu siyasət tam ortadadır". Bu fikirləri SİA-ya BAXCP sədr müavini Niyaməddin Orduxanlı Leyla Yunusla bağlı Avropa Parlamentinin nümayəndəsi Martin Şultsın hay-küy qaldırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu insanlar Leyla Yunus və digər şəxslərin həbsindən çox məharətli istifadə edirlər: "Əslində Leyla Yunusun kim olmasının onlar üçün bir o qədər də əhəmiyyəti yoxdur. Avropadan bizə qarşı olan təzyiqlərin 30 faizi erməni lobbisi ilə bağlıdırsa, 70 faizi Rusiya ilə bağlıdır".

BAXCP rəsmisi qeyd edib ki, bəzi beynəlxalq təşkilat nümayəndələrinin təklifləri çox ləyaqətsizdir: "Bu təklif hər bir Azərbaycanlının mənəviyyatına toxunacaq qədər səviyyəsizdir. Çünki ölkə daxilində qanun pozuntusuna yol verən insana görə bu cür fikirlərlə çıxış etmək heç bir hüquqi çərçivəyə sığmır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə