Arzu Nağıyev: “Baqdasaryan erməni xüsusi xidmət orqanları ilə əlaqəli şəxsdir” AÇIQLAMA
"Həqiqətən də Ermənistanın Region Tədqiqat Mərkəzinin direktoru, jurnalist Laura Baqdasaryan Leyla Yunusun guya ki, səhhətindən narahat olaraq ona məktub göndərib. O, bu haqda "Azadlıq" radiosunun erməni xidmətinə açıqlamasında da bildirib". Bunu SİA-ya "Trend" Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.
Siyasi ekspertin sözlərinə görə, Laura Baqdasaryan özü də deyir ki, çoxdan bu dəstək məktubunu yazmaq fikrində olub, lakin çəkinib ki, bu məktub Leyla Yunusun cinayət işində ancaq əks təsirə malik ola bilər: "Məlumdur ki, Laura Baqdasaryanın özünün də bu işlərdə adı keçir və yəqin ki, "rezident" olduğunu özü də bilir. Lakin Laura Baqdasaryan bu məktubun əsas mənasının sadəcə olaraq səhhətindən narahat olduğunu ifadə etsə belə, onların həmfikir, həmrəy olduğunu göstərir. Çünki, tək bu işlə deyil, onun adı bu işlə bağlı dövlətə xəyanətdə ittiham edilən digərlərinin də cinayət işində hallanır. Düşünürəm ki, Laura Baqdasaryan erməni xüsusi xidmət orqanları ilə əlaqəli bir şəxsdir, əks təqdirdə bu qədər canfəşanlıq etməzdi…".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB