Azər Əsgərov: "Əli Kərimli, sən yalançı, şərəfsiz adamsan"

Azər Əsgərov: "Əli Kərimli, sən yalançı, şərəfsiz adamsan"

AXCP-nin sökülən məlum qərargahının sahibi Azər Əsgərovla partiya arasında başlayan qalmaqal səngimək bilmir. Mülk sahibi Əli Kərimlinin ünvanına növbəti ağır ittihamlar səsləndirib. O, şəxsi "facebook" səhifəsində yazıb ki, AXCP rəhbərliyi onu dayanmadan təhqir edir və hədələyir: "Bir dəstə qaragüruhçu, tərbiyəsiz qrupun əlində qalmışam. Hər gün əxlaqsız söyüşlər eşidirəm. Hətta məni öldürəcəklərini bildirirlər. Natiq Ədilova yazdığım statusdan sonra, o, açıq şəkildə sosial şəbəkədə var-yoxuma söydü. Bunların əsl mahiyyətləri budur. Xalq ona görə bunlara inanmır. Elə zənn edirlər ki, müxalifətçi olmaq dövlətçiliyə qarşı çıxmaqdır. Tam əminliklə deyirəm ki, AXCP hakimiyyətə gəlsə, Azərbaycan müstəqilliyini itirər. Bunların gözü xalqın mülkündədir. Əli Kərimli, mənə qarşı başladılan kampaniyanın birbaşa təşkilatçısısan. Sənin səs yazını mənə göstəriblər. "Azadlıq" qəzeti susur. Deyirlər ki, qəzetin borcu var. Bəs, o zaman Natiq Ədilovun Amerikaya səfərini nəyin hesabına təşkil edirlər? Əli Kərimli, sən yalançı, şərəfsiz adamsan. Əgər kişisənsə, gəl bir televiziyada debata çıxaq. Sözlərimi üzünə deyərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə