Azər Ayxan: " Əli Kərimli əlinə düşən fürsəti fövtə vermək istəmir" İDDİA
"Müsavat adında bütün təsisatlara, (dəxli yoxdu, bu, qəzetdi, ya partiya) bolşevikcəsinə nifrət bəsləyən Əli Kərimli əlinə düşən fürsəti fövtə vermək istəmir". SİA-nın məlumatına görə, bu fikirləri "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini Azər Ayxan sosial şəbəkədəi statusunda paylaşıb. "Yeni Müsavat" qəzetinin rəsmisi AXCP sədrinin həm də "Azadlıq" qəzetinə rəhbərlik etdiyini eyham vuraraq qeyd edib ki, bu gün Müsavat Partiyasına, o cümlədən, "Yeni Müsavat" qəzetinin rəhbərliyinə qarşı edilən həqarətlərdə də Əli Kərimlinin göstərişləri mövcuddur: "Rəhbərlik və nəzarət etdiyi "Azadlıq" qəzetində sosial şəbəkələrdə nə qədər söyüş-təhqir, şər-böhtan var, hamısını çap etdirir. Ancaq qəzetdə bizim bir cümləlik mövqeyimizi vermirlər. Bu, AXCP sədrinin açıqca bizə olan qərəzidir".
Qeyd edək ki, məlum Batumi forumunda "Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğlunun "PİN" adlı Çexiya QHT-nin ermənipərəstlik mövqeyinə etirazından və həmin təşkilatı dəstəkləyən tərəfləri də ermənipərəstlikdə sərt şəkildə qınamasından sonra AXCP sədri Əli Kərimli qarşı tərəfə hücumlarını artırıb. "Yeni Müsavat" qəzeti isə Əli Kərimlini və "Azadlıq" qəzetini "PİN" təşkilatını dəstəkləməklə erməniçilik siyasətinə dəstək verdiklərini bu gün də qeyd etməkdədir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB