Cəmiyyətdə olan psixoloji problemlər müzakirə edilib TƏDBİR - VİDEO

Cəmiyyətdə olan psixoloji problemlər müzakirə edilib TƏDBİR - VİDEO

Bu gün Azərbaycan Milli QHT Forumu, Universitetin psixologiya kafedrası, Çıraq Psixoloji Araşdırmalar və Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə "Cəmiyyətdə olan psixoloji problemlər: reallıqlar və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada BDU-nun psixologiya kafedrasının müdiri, millət vəkili Bəxtiyar Əliyev, Universitetin professor, tələbə heyəti və QHT rəhbərləri iştirak ediblər.

Millət vəkili Bəxtiyar Əliyev gənclərin psixoloji durumundan bəhs edərək, mövzu ətrafında bir çox maraqlı nüansı nəzərə çatdırdı. O qeyd etdi ki, bugünkü cəmiyyətdə praktik psixologiya ilə bağlı ciddi problemlər yoxdur: "Azərbaycanda psixologiya elmi akademik səviyyədə, praktik istiqamətdə çox geniş inkişaf edir və bu inkişafı görməmək mümkün deyil. Bu gün ölkənin bütün orta ümumtəhsil məktəblərində psixoloqlar çalışırsa, deməli bu müsbət nəticədir. Amma psixoloq kadrların hazırlanmasına ehtiyac var. Bu sahədə işlər görülməkdədir. "Psixoloji Xidmət Haqqında" qanunun qəbul edilməsinə də toxunan millət vəkili qeyd etdi ki, psixologiya ilə bağlı qanunlar bu gün çox zəif işləyir. Bu baxımdan da belə bir qanun layihəsinin zəruriliyini dəfələrlə bəyan etmişəm. Qanun layihəsinin gecikməsinə səbəb yalnız psixoloqların bu yöndə lazımi səviyyədə fəal iştirak etməməsidir.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni öz çıxışında bu məsələdə QHT rəhbərlərini məktəblərdə, bağçalarda, ali təhsil ocaqlarında maarifləndirici işlər görməyə çağırdı.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə