Beyləqanda seçicilər maarifləndirilir

Beyləqanda seçicilər maarifləndirilir

"Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyi (İB) tərəfindən "Bələdiyyə seçkilərində region gənclərinin ictimai fəallığının artırılması" layihəsi çərçivəsində Beyləqan rayonunda tədbir keçirilib. İB-dən bildirilib ki, qurumun sədri Zaur Quliyev çıxış edərək layihənin əhəmiyyətindən və gənclərin ictimai-siyasi həyatdakı rolundan danışıb. O bildirib ki, gənclər bələdiyyə seçkilərində fəal iştirak etməli, öz seçki hüququndan bəhrələnməlidirlər.

Tədbirin gedişində gənclərə "Bələdiyyələr haqqında" Azərbaycan Respublikasının Qanunu, Seçki Məcəlləsi və digər normativ-hüquqi aktlar barədə məlumatlar verilib.

Tədbirdə iştirak edən gənclər həmyaşıdlarını bələdiyyə seçkilərində fəal iştiraka səsləyiblər.

Qeyd edək ki, layihənin məqsədi 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində region gənclərinin ictimai fəallığının artırılmasına dəstək göstərmək və onların bələdiyyə seçkilərində fəal formada iştirakına təkan verməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə