1596 bələdiyyədə namizədlərin qeydiyyatı başa çatıb

1596 bələdiyyədə namizədlərin qeydiyyatı başa çatıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda dekabrın 23-nə təyin edilən bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. Müraciətlərlə bağlı açıqlama verən MSK katibi Arifə Muxtarova bir neçə dairə seçki komissiyalarında namizədlikləri qeydə alınmayan şəxslərin quruma müraciət etdiyini deyib. Onlarla bağlı məsələ qurum üzvlərinin səsverməsinə çıxarılıb və qəbul edilib.

MSK sədri Məzahir Pənahov bu günə qədər bütün müraciətlərə baxıldığını bildirib: "Dekabrın 23-də iştirak edəcək namizədlərin sayı 37.120 nəfərdir. Bu say hələ son deyil. Hələlik 160 nəfərin qeydiyyat məsələsinə baxılmayıb. Ötən bələdiyyə seçkilərində ali təhsilli namizədlərin sayı 3 faiz təşkil edirdi. Bu il isə yekun say məlum deyil. Yaxın günlərdə bu proses tam olaraq yekunlaşacaq".

Məzahir Pənahov dekabrın 1-dən etibarən seçki bülletenlərinin hazırlana biləcəyini deyib: "Bütün bələdiyyələrdə imzası geri qaytarılanlarla, qeydə alınanların sayı eyni olmalıdır. Əgər bu say bərabər olmasa, qəbul olunmamalıdır. 1596 bələdiyyədə namizədlərin qeydiyyatı tam başa çatıb".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə