Adil Əliyev: “Azərbaycan hərbi texnika ilə təchizat baxımından bir sıra dövlətləri geridə qoyur”

Adil Əliyev: “Azərbaycan hərbi texnika ilə təchizat baxımından bir sıra dövlətləri geridə qoyur”

"Ali Baş Komandan cənab İlham Əliyev cəbhə bölgəsinə səfəri çərçivəsində çıxışlarında hər zaman Azərbaycanın hərbi sahədə nə qədər öndə olduğunu, Ermənistanı dəfələrlə üstələdiyini diqqətə çatdırıb. Son illər ordu quruculuğu sahəsində görülən məqsədyönlü işlər nəticəsində ordumuz təkcə Cənubi Qafqazda deyil, MDB məkanında ən güclü ordular sırasındadır". Bu fikirləri SİA-ya millət vəkili Adil Əliyev Azərbaycanın ordu quruculuğunda vəziyyəti şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan həm işğala məruz qalan dövlət olduğundan, həm də müharibə şəraitində yaşadığından ordusunu gücləndirir: "Bu, dövlətin qarşısına qoyduğu ən vacib məsələlərindəndir. Hərbi texnika ilə təchiz baxımından isə bir sıra dövlətləri geridə qoyur. Bütün bunlar bilavasitə Ölkə başçısı tərəfindən aparılan düzgün siyasətin nəticəsidir. Dövlət başçısı hər zaman ordunun döyüş qabiliyyətinin artırılmasına diqqət yetirir. Belə ki, ölkəmizin dövlət büdcəsindən orduya ayrılan vəsait 20 dəfədən çox artırılaraq, 5 milyard manata çatıb. Bu da Ermənistanın dövlət büdcəsini iki dəfə üstələyir. Əminəm ki, Ermənistan bundan ciddi narahatçılıq keçirəcək".

İntizarə Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə