Müsavat partiyasından daha iki nəfər istefa verib. Bu dəfə Müsavat Partiyasının Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyev və Müsavatın Suraxanı rayon təşkilatının fəallarından Faiq Nağıyev partiya ilə yollarını ayırıb. R. Əliyev "facebook"da özünün şəxsi hesabında partiyadan istefa verməsinin səbəblərinə aydınlıq gətirib: "Partiyada yaranmış vəziyyət və Arif Hacılının verdiyi qərarlar məcbur etdi ki, mən istefa verim. Hikmət Hacızadənin olmadığı yerdə mən necə qala bilərəm? Bezmişəm artıq. Müsavatı Arif Hacılıya qurban verdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB