Fazil Mustafa: “Sərhədlər açılsa, bu, Türkiyəyə xoş olmayan nəticələr yaşadacaq”
"Bəlkə də ermənilər yalançı erməni soyqırımı sayəsində hansı addımların atılacağı ilə bağlı Türkiyəyə hansısa vədlər verib. Ancaq istənilən halda sərhədlər açılsa, Azərbaycan tərəfi Türkiyənin bu addımını pisləyəcək, buna mənfi yanaşacaq və bu, Türkiyənin özünə xoş olmayan nəticələr yaşadacaq". Bu fikirləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bildirib.
Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələni şərh edən F. Mustafa qeyd edib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına mexaniki məsələ kimi baxılmamalıdır: "Əgər Türkiyə tərəfindən bunu ciddi bir əsaslandırılması varsa, qardaş dövlət bunu Azərbaycan üçün də müəyyənləşdirməlidir. O mənada ki, tutaq ki, sərhədlər açılsa, Azərbaycan və Türkiyə üçün nə faydası ola bilər!? İlk olaraq bunlar əsaslandırılmalıdır. Bu məsələ əsaslandırılmadan sərhədlərin açılması böyük problemlərin yaşanmasına gətirib çıxaracaq. Çünki bu, Azərbaycan üçün həssas bir mövzudur. Ola bilsin ki, Türkiyənin düşündüyü hansısa faydalı məqamlar var, amma bizim xəbərimiz yoxdur. Lakin biz düşünürük ki, belə bir məqam ortada yoxdur. Ermənilərdən kimə fayda gəlib ki, biz də faydalanaq. Məsələ bir az müəmmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB