Səxavət Əlisoy: “İsa Qəmbər şərəfinə and içsə, siyasətdən çəkiləcəm"

Səxavət Əlisoy: “İsa Qəmbər şərəfinə and içsə, siyasətdən çəkiləcəm"

Müsavat Partiyasındakı intriqalar pik həddə çatıb. Partiya funksionerləri, başqanlığa keçmiş namizədlər bir-birilərinə qarşı ittihamlar irəli sürməklə Müsavat partiyasını iflic duruma salıblar. Bu dəfə də Səxavət Əlisoy İsa Qəmbərin xələfi Arif Hacılını müdafiə etməsini birmənalı qarşılamayıb, onu sərt şəkildə ittiham edib.

SİA-nın məlumatına görə, Səxavət Əlisoy şəxsi "facebook" hesabında yazıb ki, Arif Hacılı şəffaf yolla sədr seçildiyini sübut etməlidir. O, İsa Qəmbərə bir sual və bir vəd də verib:

"İsa Qəmbərə bir sual,bir vəd!

1. İsa bəy, Hacılıya Müsavat cameəsinin münasibətinin necəliyini çox gözəl bildiyiniz halda, nədən, siyasi reytinqinizi zərbə altına qoyaraq, onu müdafiə etdiniz?

2. Vicdanınıza və şərəfinizə and içərək desəniz ki, Hacılı seçkiləri halallıqla udub, cümlə Azərbaycan xalqının qarşısında şəxsinizdən üzr istəyərək, siyasətdən biryolluq çəkiləcəyimi bəyan edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə