Azərbayacn Respublikasının Milli Məclisinin deputatları səfərdədir. Parlamentdən SİA-ya verilən xəbərə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Sabir Hacıyev "Avropada inam tənəzzülünün qarşısının alınması yolları" mövzusunda Dəyirmi Masada iştirak etmək üçün noyabrın 25-26-da Rusiya Federasiyasında səfərdə olacaqlar.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Asim Mollazadə və Rasim Musabəyov isə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentləri xarici əlaqələr komitələrinin görüşündə iştirak etmək üçün noyabrın 26-dan 29-dək Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB