Səlim Loğmanoğlu: “Təhdidlərin qarşısını almaq bizim vətəndaşlıq borcumuzdur” AÇIQLAMA

Səlim Loğmanoğlu: “Təhdidlərin qarşısını almaq bizim vətəndaşlıq borcumuzdur” AÇIQLAMA

"Mənfur qonşularımızın, onları dəstəkləyən xarici qüvvələrin, eyni zamanda sapı özümüzdən olan baltaların ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan nümayəndə heyəti mətinlik, mübarizlik nümayiş etdirərək, ölkəmizə qarşı məkrli şəkildə hazırlanan qərarların qəbul olunmasına mane oldu, onların çirkin niyyətlərini puç etdi". Bu fikirləri Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı proqramının Vətəndaş Cəmiyyəti Forumunun (VCF) Gürcüstanın Gürcüstanın Batumi şəhərində keçirilən 6-cı illik toplantısının iştirakçısı, Azərbaycan Milli Platformasının və Forumdakı nümayəndə heyətinin üzvü , "Ekolog-2010" İB-nin sədri Səlim Loğmanoğlu ermənilərin, o cümlədən onların havadarlarının sözügedən tədbirdə Azərbaycan əleyhinə fəaliyyət göstərməyə cəhd etmələrinə və bunun qarşısının alınmasına münasibət bildirərkən deyib.

QHT təmsilçisinin bildirdiyinə görə, Batumi Forumu bir daha sübut etdi ki, bir ovuc naxələfləri çıxmaq şərti ilə, Azərbaycandakı qeyri-hökumət təşkilatlarının rəhbərlərinin böyük əksəriyyəti bu Vətəənin vətəndaşlı olmaqdan həe zaman qürur duyur, vətənin şərəfini hər şeydən üstün tuturlar: "Daha bir məqamı xatırlatmaq istərdim ki, Azərbaycanı təmsil edən bəzi qondarma hüquq müdafiəçiləri – Arzu Abdullayeva, Aytəkin Bağırova, Leyla Əliyeva ziyafət boyunca, Forumun həmsədrləri ilə salonun müxtəlif künclərində pıçıldaşmaqda idilər. Sən demə bu əbəs yerə deyilmiş. Onlar daha sonra ölkəmizə qarşı qarayaxma kampaniyasına hazırlıq görürlərmiş, ancaq niyyətləri baş tutmadı. Biz buna imkan vermədik".

Forum iştirakçısı bir daha qeyd edib ki, hansı səviyyədə təşkil olunmasından asılı olmayaraq, ermənilər və onların havadarları daima bu kimi planlarını reallaşdırmağa cəhd ediblər: "Ona görə də belə planlara qarşı qabaqcadan hazır olmaq lazımdır. Çünki dövlətçiliyimizə qarşı istənilən təhdidin qarşısını almaq bizim vətəndaşlıq borcumuzdur!"

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə