"Üzərimizə hücuma keçənlərə qarşı bütün fikirlərimi "facebook"da qeyd etmişəm". Bu fikirləri SİA-ya "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini Azər Ayxan Xədicə İsmayılın və AXCP üzvlərinin "yeni müsavatçıları" və xüsusilə, qəzetin baş redaktoru Rauf Arifoğlunu sosial şəbəkədə təhqir etmələrinə və xəyanətdə suçlamalarına münasibət bildirərkən deyib. Azər Ayxan həmçinin bildirib ki, onun həmin fikirləri təkrar etmək fikri yoxdur, ona görə də istəyən hər kəs həmin fikirləri onun səhifəsindən oxuya bilər: "Mən öz fikrimi açıq şəkildə ifadə etmişəm. İstəyənlər həmin fikirləri oxuyub, qiymətləndirə bilər".
Azər Ayxan isə "facebook" hesabında bu ifadələri yazıb. Sitat: "Kişisi kişi, qadını qadın fahişəsi olan bir dəstə var, vaxt aşırı quduz it kimi üstümüzə cumur. Hamısı cavabını alacaq: fahişəsi də, oğraşı da. Cavabı tək biz vermirik ki. Ən yaxın, ən sadiq müttəfiqimiz olan əlahəzrət zaman belələrinin cavabını bizdən də gözəl verib və verəcək. Atasına övladlıq, övladına valideyinlik, ərinə qadınlıq, arvadına ərlik, ölkəsinə vətəndaşlıq, ən əsası, Allahına bəndəlik etməyən, edə bilməyən bu əxlaqsız dəstəsi hamıya əxlaq dərsi keçir. Ünvanımıza ən ağır təhqirləri işlətməkdən çəkinmirlər. Amma biz bunların ən ağır, ən çətin, gərgin vaxtlarında daim müdafiə etmişik. Köşələr yazmışıq, məqalələr dərc etmişik, müdafiə olunmaları üçün özlərinə tribuna vermişik. İndi haqq-sayımızı bizi söyməklə qaytarırlar. Allahın bunları fiziki baxımdan bu qədər eybəcər, qüsurlu, bədheybət, iyrənc yaratmasının heyfini az qala bütün cəmiyyətdən çıxalar. Amma hələlik bizdən alırlar Allahın qisasını. Allah böyükdü, işinizdə olun...".
Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin baş redakatoru Rauf Arifoğlu Gürcüstanın Batumi şəhərində keçirilən QHT tədbirində Çexiyadan olan QHT-nin ermənipərəst mövqe nümayiş etdirməsinə qarşı sərt mövqeyini ifadə etmişdi. Məhz bundan sonra AXCP üzvləri, "Azadlıq" qəzeti və Xədicə İsmayıl qarşı tərəfi ən kəskin şəkildə təhqir edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB