Araz Əlizadə: “Müsavatın müşavirəsi daha çox dəli yığıncağına bənzəyirdi”

Araz Əlizadə: “Müsavatın müşavirəsi daha çox dəli yığıncağına bənzəyirdi”

Müsavatın keçirtdiyi müşavirə onların daxili işidir. Ancaq məsələ bundadır ki, öz daxili problemləri ilə cəmiyyətin ürəyini bulandırırlar".

Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Müsavatın keçirtidiyi ümumrespublika müşavirəsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Müsavatdakılar nə istədiklərini bilmirlər: " Onlar hamısı bir bezin qırağıdır. Hərəsinin bir qarın ağrısı var, nə istədiklərini bilmirlər. Onların müşavirəsi daha çox dəli yığıncağına bənzəyirdi. Hamı danışırmış, amma heç kim eşitmirmiş. Onlar bir-birilərini nə qədər qırsalar, bir o qədər yaxşıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə