"Müsavat Partiyasının ümumrespublika müşavirəsi qaranlıq məqamlara aydınlıq gətirdi". Bunu SİA-ya Vəhdət Partiyası Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev deyib.
Təşkilat sədrinin sözlərinə görə, uzun müddət müsavatdaxili prosesləri izləmək zorunda qalan İsa Qəmbər nəhayət susqunluğunu pozaraq "narazılara" qapını göstərdi: "Əslində bu, gecikmiş bir şoudur. Arif Hacılı bu gedişi artıq çoxdan edib və narazıları artıq qapı arxasında qoyub. O zaman uzun müddət susan İsa Qəmbər nəyi gözləyirdi ? Gecikmiş bəyanatının arxasında hansı məqamlar durur ? Hesab edirəm ki, İsa Qəmbərin susmağının iki səbəbi var. Birincisi mənəvi məsələdir, yəni "narazıları" seçki ərəfəsində kifayət qədər dəstəkləyə bilmir. İsa Qəmbərin hesablamalarına görə Qubad İbadoğlu seçkilərdə qalib çıxmalı idi. O səbəbdən də İsa Qəmbər qurulatayda açıq mətnlə Qubad İbadoğlunu dəstəkləmədi və bunu edə bilməzdi. Lakin sonrakı proseslərdə İbadoğlu, eyni zamanda İsa Qəmbər tərəfdarlarının keçmiş başqanın birmənalı olaraq onların tərəfini tutmasını tələb etməyə başlamasından sonra vəziyyət dəyişdi. Partiyaya nəzarəti ələ ala bilən Arif Hacılının mövqelərini gücləndirdiyini görən İsa Qəmbər "narazı" tərəfi dəstəkləmək planından imtina etməli oldu. O səbəbdən də İsa Qəmbərin indiyə qədər susmağının ikinci səbəbi aydın oldu".
V. Əfəndiyev hesab edir ki, hazırda İsa Qəmbər Arif Hacılının yanında olmaq görüntüsünü verərək xərclənmiş reputasiyasını bərpa etməyə çalışır. Hələ ki, "narazılar" Arif Hacılının başqan seçilməsində İsa Qəmbəri günahlandırsalar da, ona qarşı aktiv hücuma keçmək niyyətində deyillər. Bütün qaranlıq vəziyyətlərdə Rauf Arifoğlunu dəstəkləyən və ona görə xüsusi bəyanat verən İsa Qəmbər Yeni Müsavat qəzetinin "narazılar"a geniş yer verməsindən də narahat deyil. Hesab edirəm ki, İsa Qəmbər prosesləri bir qədər də dərinləşdirəcək ki, itirilmiş başqanlıq postunu geri ala bilsin. Lakin görünən odur ki, bu, yalnız parçalanmadan sonra baş verə bilər. Əgər proses bir neçə ay uzansa, İsa Qəmbər Hacılının yanında köhnələrək, qalan nüfuzunu da itirəcək. Onsuzda İsa Qəmbər tərəfdarları bütünlüklə Qubad İbadoğlunun yanındadırlar..."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB