"Erməni demoqraf Ruben Yeqanyan Ermənistandakı demoqrafik vəziyyətdən narahatlığını ifadə edirsə, deməli ermənilərin özləri də fəlakəti görür". Bunu SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.
Millət vəkili vurğulayıb ki, R.Yeqanyan bu fikri erməniyə xəyanət kimi səsləndirmir: "Bu adam özünün erməni narahatlığını ifadə edir. Ermənistandakı demoqrafik fəlakətin səbəbi də onun iqtisadi blokadada yaşaması, müstəqil iqtisadiyyatının olmaması, regiondakı beynəlxalq enerji layihələrindən kənarda qalması, xaricin verdiyi pulla ölkəni idarə etməsi, hakimiyyətin öz ixtiyarında olmaması, kənardan idarə olunması, ən əsası isə ölkədə legitim hakimiyyətin olmamasından irəli gəlir. Bütün bunlar birləşmiş formada iqtisadi qıtlıq yaradır. Nəticə olaraq hər bir erməni xaricə getməyə cəhd edir. Çünki onların xaricdə güclü erməni lobbiləri, qohumları var. Nəticədə də belə bir stiuasiya meydana çıxır. Beləliklə də erməni öz faciəsini dərk edərək fəryad edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB