Müsavat başqanın keçmiş müşaviri Hüseyn Məlik növbəti dəfə partiyanın eks başqanı İsa Qəmbəri tənqid edən çıxış edib. SİA xəbər verir ki, narazı müsavatçı partiyada baş verən ziddiyyətlərin səbəbinə münasibətini bildirərkən belə deyib.
Onun fikrinə görə, keçmiş başqan hələ qurultaydan öncə partiyanın rəhbər postuna keçiriləcək seçkilərin ədalətli olacağını söz vermişdi. Lakin o, bu sözünün üstündə durmamaqla yanaşı, əqidəli müsavatçıların oradan uzaqlaşmasına səbəb olan addımlar atıb: "Demokratik düşüncəli müsavatçılar öz tələblərini irəli sürdükdən sonra onlara qarşı amansız hücumlara başlanıldı. İsa Qəmbər səhv addımını dərk etmək yerinə yaxın dostlarına qarşı hikkə göstərir. Əgər o bunu etməsə, növdəti yanlışlığını edəcək".
Qeyd edək ki, Hüseyn Məlik bir müddət öncə narazı müsavatçıların partiyanın mərkəzi qərargahı qarşısında piket keçirməsi təklifini də edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB