Elçin Mirzəbəyli: “Ermənistanda dövlətin sütunları o qədər zəifdir ki...”

Elçin Mirzəbəyli: “Ermənistanda dövlətin sütunları o qədər zəifdir ki...”

Ermənistanda hazırda o qədər böyük fəlakətlər var ki, bu fəlakətlərin qarşısını almaq mümkün deyil. Çünki bütün problemlərin kökündə kriminal rejimin mövcudluğu dayanır. Ermənistanda dövlətin sütunları o qədər zəifdir ki, dövlətin ayrı-ayrı şəxsləri cəzalandırmağa, xalqı rəzalətdən çıxarmağa və hər hansı bir mənfi olayın qaşırısını almağa gücü çatmır". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.

Ermənistanda son vaxtlar baş verən hadisələrə münasibət b ildirən E.Mirzəbəyli qeyd edib ki, ölkədə yoxsulluğun səviyyəsi durmadan artır: "İnsanlar imkansızlıqdan orqanlarını satırlar. Ölkədə yoxsulluğun səviyyəsi 40%-dən çoxdur. Bu ölkədə xaricə köç edənlərin sayı günbəgün durmadan artır, insanlar Ermənistanı tərk edirlər. Dövlət büdcəsinin nə qədər olduğu xalqa açıqlanmır, qurumlara ayrılan vəsaitlərin mənbəyi bilinmir, insanlar aylarla maaş ala bilmirlər. Sadəcə bir qrup insan yüksək səviyyədə yaşayır. Onlar da hakimiyyətdə olanlardır, Sarkisyanın ailəsidir. Bu yaxınlarda Ermənistanda statistik məlumatlar açıqlandı və məlum oldu ki, ötən ildə doğum sayı üzrə göstərici 41 min 790 uşaq təşkil edb. Bu, əvvəlki illə müqayisədə azalma deməkdir. Bu isə Ermənsiatn üçün faciədir. Ermənistanın xarici ölkələrdə təhsil alan gəncləri belə yoxdur, yalnız Rusiyada bu və ya digər formada bunu həyata keçirə bilirlər. Çünki ölkədə konsepsiya, dövlətçiliyin əsasları deyilən məcmu yoxdur. Yəqin ki, bundan sonra Ermənistanda baş verən hadisələr daha da açınacaqlı olacaq. Artıq erməni xalqı küçələrə axışıb, özlərinin hansı rüsvayçı vəziyyətə düşdüklərini başa düşürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə