Uorlik çağırış etdi

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycanın işğal edilmiş ərazisində vurulmuş Ermənistanın hərbi helikopteri ilə bağlı çağırış edib. SİA bu barədə amerikalı həmsədrin öz "Twitter" səhifəsinə istinadən xəbər verir.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində hərbi gərginliyin artması vurulmuş helikopterin ekipaj üzvlərinin cəsədlərini götürməyə kömək etməyəcək: "Biz tərəfləri dialoq və diplomatiyadan istifadə etməyə çağırırıq".

Qeyd edək ki, noyabrın 12-də saat Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə