YAP-ın 22-ci ildönümü Nərimanov rayonunda qeyd edilib FOTOLAR

YAP-ın 22-ci ildönümü Nərimanov rayonunda qeyd edilib FOTOLAR

Bu gün Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 22-ci ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına gərə, Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının rəhbərliyi, həmçinin rayon ziyalıları və fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev qonaqları salamlayaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir: "Partiyanın yaradılması Azərbaycan tarixinin şanlı səhifəsidir. Dahi Şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla Yeni Azərbaycanı qurudu. Olduqca çətin bir şəraitdə təsis edilən YAP qısa bir müddətdə siyasi qüvvə kimi formalaşdı, minlərlə insanı bir yerdə cəmləşdirdi. Bu bir daha Ulu Öndər Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir".

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov öz çıxışında vurğulayıb ki, xalqımızın Ümummilli Liderin ideyalarını, ölkəmizin daxili və xarici siyasətini uğurla, inamla davam etdirən Cənab Prezident İlham Əliyevin əzmkar fəaliyyəti YAP-ın cəmiyyətdəki rolunun alternativsizliyidir. Prezident İlham Əliyev cənablarının qeyd etdiyi kimi, hər bir partiya üzvü Ümummilli Lider Heydər Əliyevin ali ideyalarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, ölkəmizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir".

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə öz çıxışında bildirib ki, YAP həyata keçirdiyi uğurlu siyasəti ilə xalqın inamını qazanmış partiyaya çevrilib: "Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata, söz azadlığına olan diqqət və qayğısının nəticəsi olaraq ölkədə aparılan demokratik islahatların söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaratdığını diqqətə çatdırıb".

Digər çıxış edənlər də partiyanın cəmiyyətdəki rolu və inkişafı haqqında fikir bildiriblər.

Tədbirin sonunda YAP-ın yaranmasının 22-ci ildönümü münasibəti ilə Nərimanov rayonunun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə fərqlənən şəxslərə Fəxri Fərman və hədiyyələr təqdim edilib. Eyni zamanda, partiya sıralarına yeni daxil olanlara partiya vəsiqələri verilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə