Şirvan şəhərində YAP-ın yaranmasının 22 illiyi qeyd olunub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, YAP Şirvan şəhər təşkilatının üzüvləri ilk öncə partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edərək abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər.
Ulu Öndər Heydər Əliyev adına muzey ziyarət olunub. YAP Şirvan şəhər təşkilatının binasında partıya fəallarının toplantısı keçirilib. Toplantıda giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov "YAP tarixi zərurətdən yaranan partiyadır" mövzusunda çıxış edərək partiyanın yaranmasından, keçdiyi siyasi mübarizə yollarından, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, xalq, Vətən qarşısındakı xidmətlərindən ətraflı bəhs edib.
Bildirib ki, Yeni Azərbaycan partiyası bu gün olkə başçısı, partiyamızın sədri İlham Əliyevin qətiyyəti sayəsində Heydər Əliyev ideyalarını uğurla həyata keçirir. Şirvanlı YAP-çılarda ölkəmizin inkişafında, qüdrətli dövlət olmasında yaxından iştirak edərək partiyaya sədaqətlərini sübut edirlər.
YAP Şirvan şəhər təşkilatının gəncləri adından Nəmidə Nəmini, qadınlar adından Mehbarə Səmədova çıxış edərək fikirlərini toplantı iştirakçılarıyla bölüşüblər.
Sonda partiya sıralarına qəbul olunan şəxslərə üzüvlük vəsiqələri təqdim olunub. Partiyanın yaranmasının 22-ci il dönümü münasibəti ilə YAP-ın sədri, prezident İlham Əliyevə və sədr müavini, partiyanın icra katibi Əli Əhmədova müraciət qəbul olunub.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB