Prezident ədliyyə işçilərini təltif edib

Prezident ədliyyə işçilərini təltif edib

Prezident İlham Əliyev ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saytına istinadən verdiyi xəbərə görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Zemfira Məmmədova və Rasim Tahirli "Tərəqqi" medalı ilə, Əhmədova Ülviyyə Mahmud qızı Əliyev Niyaməddin Cabbar oğlu, Hacıyev Rəşad Yavər oğlu,Həsənov Fərhad Fərrux oğlu, Hüseynov Nizami Əli oğlu, Xəlilov Qədir Rövşən oğlu, Salmanova Səbinə Qədir qızı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə