"İqtidar-müxalifət dialoquna hər zaman hazırıq". Bu fikirləri SİA-ya Müsavat Partiyası Divanının keçmiş üzvü Tural Abbaslı Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin dialoq təşəbbüsü ilə çıxışına münasibət bildirərkən deyib.
Onun fikrincə, istər ümummilli, istərsə də digər məsələlərdə dialoqun olması nəinki vacibdir, hətta labüddür: "Biz dialoq mühitini xarici dövlətlərdə fəaliyyət göstərən partiyalarda da görmüşük. Yəni müəyyən Qərb standartlarından da istifadə etmək olar".
Tural Abbaslı təmsil olunduğu Müsavat Partiyasının iqtidarla ümummilli məsələlərdə daha öncələr də dialoqa getdiyini qeyd edərək, həmin vaxtlar düşərgənin digər müxalifət partiyası olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) tərəfindən "xəyanətkar" kimi çağırıldıqlarını da xatırladıb. Müsavatçı funksioner bu kimi ittihamların baş verməməsi üçün müxalifətdaxili dialoqun da vacibliyini bildirib: "Müxalifət düşərgəsi müxtəlif siyasi partiyalardan ibarət olduğu üçün onlar arasında da bir sağlam mühütün formalaşmasına, dialoqun qurulmasına ehtiyac var. Bəzən rəqib partiyalar bir-birlərini ədalətsiz ittihamlarla günahlandırır. Zaman-zaman AXCP bizi iqtidarla dialoqa getmək istəyimizi tənqid edib. Buna baxmayaraq, Müsavat Partiyası doğru seçimi edib. Gələcəkdə də Müsavat Partiyasının nümayəndələrinin hakim partiya funksionerləri ilə dilaoqu ola bilər. Dialoqun bağlı qapılar arxasında deyil, cəmiyyətə açıq olmasının tərəfdarıyıq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB