Elçin Mirzəbəyli: “Necə ola bilər ki, xaricdə ölkəmiz haqqında gedən anti-təbliğatlara müxalifətçilər dəstək versin!?”

Elçin Mirzəbəyli: “Necə ola bilər ki, xaricdə ölkəmiz haqqında gedən anti-təbliğatlara müxalifətçilər dəstək versin!?”

"Hesab edirəm ki, belə QHT-lər haqqında ciddi ölçü götürülməlidir, onların maliyyə məsələləri çox ciddi şəkildə araşdırılmalıdır, onların ermənilərlə olan işbirliyi ifşa edilməli və bu şəxslər haqqında cinayət işi açılmalıdır".

Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.

Batumidə ermənilərin ölkəmizlə bağlı törətdiyi təxribatlara və Azərbaycandan bəzi QHT-lərin, məhz bu məsələdə ermənilərə dəstək verməsinə münasibət bildirən E. Mirzəbəyli qeyd edib ki, bu forum ermənilərin pulu hesabına ölkəmizdə özünü müxalifət donu adı altında gizlədən xəyanətkar qüvvələr olduğunu sübut etdi: "Necə ola bilər ki, xaricdə ölkəmiz haqqında gedən anti-təbliğatlara müxalifətçilər dəstək versin!?Dəhşət budur! Bunlar artıq xəyanət yolunu çoxdan seçiblər. Görün vəziyyət nə yerdədir ki, erməni müşahidəçi Xədicə İsmayılın şəklini əlində gəzdirir. Oradakı ermənilərə hansısa formada dəstək verən QHT rəhbərləri özlərini müxalifət adlandıran xəyanətkarlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə