YAP Qaradağ rayon təşkilatı partiyanın 22 illiyini qeyd etdi FOTOLAR

YAP Qaradağ rayon təşkilatı partiyanın 22 illiyini qeyd etdi FOTOLAR

Bu gün Qaradağ rayon Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkilləri Mixail Zabelin, Musa Quliyev, YAP Qaradağ Rayon Təşkilaltının sədri, Siyasi Şuranın üzvü Aydın Hüseynov və partiya fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ Rayon Təşkilatının sədri, Siyasi Şuranın üzvü Aydın Hüseynov qonaqları salamlayaraq, qeyd edib ki, Azərbaycanın o zaman çətin dövrlərində ölkə iqtisadiyatının tənəzül dövrünü yaşayırdı: "Azərbaycanın yeraltı və yerüsüt sərvətləri talanır, daxili və xarici düşmənlər öz çirkin niyyətlərini reallaşdırmaqdan ötrü müxtəlif addımlar atırdılar. Bu baxımdan Azərbaycan xalqının yeganə çıxış yolu Heydər Əliyev fenomeni idi. YAP-ın yaranmasından başlayaraq, Onun ölkə rəhbərliyinə gəlməsi Azərbaycanın tarixinə xilaskarlıq missiyası kimi yazılıb. Bu gün Azərbaycanın inkişaf və tərəqqi yolunu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev uğurla davam etdirir. Biz də məhz bu siyasətin dəstəkləyicisi kimi ölkəmizin, partiyamızın inkişafında öz əməyimizi əsirgəməyəcək, dövlətimizin qüdrətlənməsi üçün Onun ətrafında daha sıx birləşəcəyik".

Millət vəkili, YAP-ın İdarə Heyətinin üzvü Mixail Zabelin qeyd edib ki, YAP aparıcı siyasi partiya kimi fəaliyyət göstərdiyi 22 il ərzində bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldib: "Partiyanın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik və hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti ölkəmizin bugünkü və gələcək uğurlu taleyini müəyyən edib. Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında xilas olub və inkişaf yoluna çıxıb. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bu inkişaf yolunu uöurla davam etdirir".

Daha sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev isə öz növbəsində bildirib ki, YAP-ın rolu və əhəmiyyəti digər əhəmiyyətli məqamlarla yanaşı, həm də ölkəmizdə keçirilən seçki prosesində bir daha məlum olub: "Partiya müstəqilliyimizlə yaşıddır. Partiyanın 650 mindən çox üzvü var ki, orada gənclərin və qadınların də sayı kifayət qədərdir. YAP-ın əsas funksiyası hamıya bəllidir. Partiya azərbaycançılıq ideyalarına xidmət edir. Bu gün Azərbaycan güclü dövlət kimi beynəlxalq miqyasda da öz sözünü deməkdədir. Təbii ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasətinin qoyduğu mütərəqqi təməlin davamı, məntiqi nəticəsidir. Bu bir siyasi xəttir, bunu dəyişmək mümkün deyil. Bu siyasəti xətti isə xalq-iqtidar birliyini özündə cəmləşdirən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirir".

Yekun nitqi ilə tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov isə bildirib ki, YAP böyük çətinliklərə, fırtınalara sinə gərərək, həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirir: "Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan, dünya xəritəsindən bir dövlət olaraq silinmək təhlükəsini yaşayan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Ulu Öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Azərbaycanın inkişaf strategiyasının təməlini də məhz Ulu Öndər Heydər Əliyev siyasəti, bu siyasi xəttin bariz nümunəsi olan Yeni Azərbaycan Partiyası qoyub. Hazırda Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətini sevən hər bir azərbaycanlı məhz bu siyasəti dəstəkləyir, bundan sonra da dəstəkləyəcək".

Tədbirin sonunda YAP fəalları Fəxri Fərmanlarla təltif ediliblər, həmçinin partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə