Uorlik: "Münaqişədə "neytral ərazi" yoxdur FOTO

Uorlik: "Münaqişədə "neytral ərazi" yoxdur FOTO

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsində "neytral ərazi" məsələsinə münasibət bildirib. SİA bu barədə amerikalı həmsədrin "Twitter" səhifəsinə istinadən xəbər verir.

"Aydınlaşdırmaq üçün qeyd olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsində "neytral ərazi" yoxdur. Lakin silahlı qüvvələri ayıran bufer zona var"- deyə, Urolik qeyd edib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı bəyanat veriblər. Bəyanatda qeyd olunub ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin "neytral ərazis"inin minalanmış zonasında yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə