Cəbhədə gərginlik davam edir

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 65 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə