Müşviq Ələsgərli: “İnformasiya təhlükəsizliyində müəyyən problemlər mövcuddur” AÇIQLAMA
"Azərbaycanda informasiya təhlükəsizliyi və media çox aktual məsələdir". Bu fikirləri SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşviq Ələsgərli ölkəmizdə informasiya təhlükəsizliyinin necə qorunduğu haqda danışarkən deyib.
O qeyd edib ki, təkcə bu il ərzində Azərbaycan Ermənistan cəbhə bölgəsində ermənilər tərəfindən atəşkəsin pozulması zamanı bir çox düzgün olmayan, yalnış informasiyaların mediada yer aldığının şahidi olduq. Bu da onu göstərdi ki, informasiya təhlükəsizliyində müəyyən problemlər mövcuddur: "Məlum oldu ki, Azərbaycan media mənsubları müəyyən mərhələlərdə hətta düşmən mövqeyinə xidmət edən informasiyalar da yayırlar. Bu məsələ geniş müzakirə olunaraq, boşluqların nədən qaynaqlandığına ciddi şəkildə diqqət yetirildi. Həmin ərəfədə dövlət təhlükəsizliyinin, eləcə də media təhlükəsizliyinin daha çox internet mediasında pozulduğu aydın göründü. Qəzetlərdə, televizyada müəyyən problemlər danılmazdır, amma pik həddə deyil".
Müşfiq Ələsgərli həmçinin bildirib ki, bu məsələlərin həll olunması üçün ölkə başçısı bir sıra sənədlər imzaladı ki, bunun da mövcud problemlərin aradan qaldırılacağına öz tövhəsini verəcəyinə inanırıq: "Ənənəvi mediada problemlərin aradan qaldırılması və yaxud dövlət təhlükəsizliyinin gündəmdə saxlanılması üçün kifayət qədər addımlar atılır. Bəzən müxalifət mediasında bu kimi problemlər daha qabarıq göstərilir. Onlar ölkəiçi siyasi prosesləri, hakimiyyət-müxalifət münasibətlərini dövlətə qarşı münasibətə çevirirlər. Bu, əslində təhlükəsizliklə bağlı problemlər sırasındadır. Yaxşı olardı ki, onlar da bu məsələlərə xüsusi diqqət göstərsinlər. Əminik ki, bütün yalnışlıqların qarşısı zamanında alınacaq, problemlər öz həllini tapacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB