Yeni Azərbaycan Partiyanın yaradılmasının 22-ci ildönümü münasibətilə YAP Gənclər Birliyinin təşkilatçılığı ilə partiyanın Nizami rayon təşkilatının qərargahında tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, əvvəlcə YAP-ın keçdiyi şərəfli inkişaf yolundan, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən və Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticələrindən bəhs edən film nümayiş olunub.
Sonra tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır: "Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi və demokratiyanın yaranmasında və inkişafında mühüm rol oynamışdır".
Sədaqət Vəliyeva bildirib ki, 1993-ci ildə yaradılmış Nizami rayon təşkilatı böyük inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb: "Nizami rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və onun layiqli davamçısı, bütün dünya azərbaycanlılarının lideri Prezident İlham Əliyevə inamdan irəli gəlir. Elə bunun nəticəsidir ki, bu gün YAP Nizami rayon təşkilatı 150-yə yaxın ərazi ilk partiya təşkilatlarında 11 min nəfərdən üzv birləşdirir".
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov partiyanın şərəfli mübarizə tarixindən, Ümummilli Lider Heydər Əliyevin doğma xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. O bildirib ki, bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır: "Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olmuşdur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir".
Eldar İbrahimov diqqətə çatdırıb ki, bu gün ölkədə ən kütləvi və mütəşəkkil siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası öz sıralarında 620 mindən artıq üzvü birləşdirir: "Bu, təkcə statistika deyil, eyni zamanda, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir".
Nizami Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan YAP-ın xidmətlərindən ətraflı bəhs edib. O qeyd ki, YAP-ın hakim partiya olduğu illərdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş verib: "Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunmuşdur. Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır, onun beynəlxalq aləmdə yeri və nüfuzu getdikcə artır".
Çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, YAP Azərbaycan tarixinin kəşməkəşli günlərində xalqımızın ağır sınaqlara məruz qaldığı bir dövrdə - 1992-ci il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb: "Dünənin, bu günün və gələcəyin partiyası olan YAP ötən 22 ildə çətin və şərəfli yol keçmiş, Azərbaycanı bir çox bəlalardan xilas edib dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində mühüm rol oynamışdır".
"Səs" Media Qrupun rəhbəri, Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxış edərək partiyanın Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin regionun liderinə çevrilməsində özünəməxsus rolundan danışıb. Qeyd edib ki, ötən 22 ildə şərəfli bir tarix yazan YAP keçən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi vəziyyətdə zamanın tələbi və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi yaranıb.
YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri, Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov və digərləri Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Bildirilib ki, YAP yeganə milli siyasi qüvvədir ki, burada gənclərin fəaliyyəti və inkişafı üçün hərtərəfli şərait vardır.
Tədbirin sonunda gənc partiya fəalları tərəfindən dahi şəxsiyyət Heydər Əliyev haqqında şeirlər səsləndirilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB