Norveçdə Saxarovu həracca çıxardılar

Mais Səfərli: “QHT təmsilçisinə Saxarov mükafatının verilməsi Azərbaycana təzyiq etmək cəhdindən başqa bir şey deyil”
Norveçdə Saxarovu həracca çıxardılar

Yurddaş Partiyasının sədri Mais Səfərlinin SİA-ya müsahibəsi

- Mais bəy, törətdiyi qanunsuz əməllərə görə, həbs olunan bəzi QHT təmsilçisinə Nolvecdə Saxarov mükafatının verilməsi istintaqın gedişinə təzyiq etmək kimi qiymətləndirilə bilərmi?

- Bu gün aparılan düzgün iqtisadi və sosial siyasət nəticəsində Azərbaycan dünyanın aparıcı dövlətləri sırasında yer tutub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin bəhrəsini xalqımız öz həyatlarında və yaşayışlarında hiss edirlər. Bu cür davamlı inkişaf bir sıra dövlətlərin bəzi siyasi dairələrində qısqançlıq yaradır. Həmin məkrli dairələr müxtəlif üsullardan istifadə etməklə Azərbaycanda gedən bu uğurlu inkişafı əngəlləməyə çalışırlar. Bu vasitələrdən bir də maddi və mənəvi yardım göstərdikləri müxalifətyönlü QHT-lərdən istifadə etmələridir. Amma onların bu planları baş tutmur. Bu gün cinayət törətdiklərinə görə, həbs olunan bir neçə müxalifət partiya nümayəndələrinə və QHT təmsilçisinə Saxarov mükafatının verilməsi Azərbaycana təzyiq etmək cəhdindən başqa bir şey deyil. Bu da nə beynəlxalq hüquqa, nə haqqa, nə də ki, ədalətə sığmır. O cümlədən demokratiya ilə uzlaşmayan bir məsələdir. Ümumiyyətlə, bizim nümayəndə heyyətlərimiz çox uğurla istər AŞPA-da, istərsə də digər Avropa institutlarında bu məsələləri vaxtaşırı qaldırır və həmin dairələrin cavabını tutarlı şəkildə verirlər.

- Sizcə, nəyə görə bəzi beynəlxalq təşkilatlar həbs olunan müxalifətyönümlü QHT və ya partiya sədrlərinə qarşı himayədar rolunda çıxış edirlər?

- Səbəb həmin dairələrin müxalifətyönümlü qüvvələri və QHT-ləri ələ almaqdan irəli gəlir. Çünki həmin dairələr onlardan bir alət kimi istifadə edirlər. Demək olar ki, müxalifət qüvvələrinin gözləri də həmin dairələrin əllərindədir. Vaxtaşırı pozucu qrupların aksiyalar keçirməyə cəhdlər göstərmələrinin arxasınada məkrli xarici qüvvələr dayanır. Yəni müxalifət drijor çubuğu ilə idarə olunan alətə cevrilib. Məhz bu amil müxalifətin cəmiyyətdən təcrid olunmasına və sosial bazdan məhrum olunmasına gətirib çıxarıb.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə