MSK sədri: "İndiyədək 20 923 imza vərəqəsi götürülüb"

MSK sədri: "İndiyədək 20 923 imza vərəqəsi götürülüb"

"Bu günə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyədən 1603 bələdiyyədən 24 711 nəfərin namizədliyi irəli sürülüb". SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

"Hələ 4 bələdiyyədən namizədlər irəli sürülməyib. İndiyədək 20 923 imza vərəqəsi götürülüb, artıq doldurulmuş 14 820 imza vərəqi namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib. 7 partiyadan bələdiyyə üzvlüyünə namizədlər irəli sürülüb. Namizədliyi irəli sürülənlərin 16 893 nəfərin partiya mənsubiyyəti var. Bu günə qədər 10 281 nəfərin namizədliyi qeydə alınıb. Həmin şəxslər istəyərlərsə, seçki bülletenlərində onların partiya mənsubiyyətləri qeyd oluna bilər"- deyə, M. Pənahov qeyd edib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə