Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının yuxarı sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi altında maarifləndirici tur-aksiyasının ikinci mərhələsi çərçivəsində Bakı şəhəri Səbail rayonundan olan daha 45 nəfər məktəblinin Lənkəran, Masallı və Lerik rayonlarına yola salınması mərasimi keçirilib. Səbail rayon İcra Hakimiyyətindən SİA-ya verilən xəbərə görə, "Sahil bağı"nda təşkil olunan mərasimdə rayon rəhbərliyi, aksiya iştirakçısı olan məktəblilər, onların valideynləri və təhsil aldıqları məktəblərin direktorları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova şagirdlərə turun məqsədi barədə məlumat verib, ölkə başçısı İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb. Bildirilib ki, iştirakçılar rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər arasından seçiliblər. Bu tur-aksiya sərçivəsində bir neçə gün əvvəl rayon məktəblilərinin 45 nəfərlik qrupu Lənkəran, Masallı və Lerik rayonlarında olmuş, bu rayonların görməli yerlərini gəzmiş, tarixi abidələri ilə tanış olublar. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxıb. İştirakçıların bir çoxu ölkəmizin cənub bölgəsində ilk dəfə idi ki, olundular və onlar evlərinə çox böyük təəssüratlarla qayıdıblar..Tur müddətində təşkilatçılar tərəfindən yeniyetmələr üçün hər cür şarait yaradılıb.
Qeyd olunub ki, cari ilin yay aylarında Səbail rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə layihəsi əsasında 350 nəfər yeniyetmə Quba və Qusar rayonlarında hərbi vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" və "Şahinlər" yay istirahət düşərgələrində istirahətləri təşkil olunub ki, bu zaman həmin yeniyetmələr Quba və Qusar rayonları ilə yaxından tanış olubar. Bu səfərlər yeniyetmə və gənclərin bilik və savadının, dunya görüşünün artırılması istiqamətində mühüm bir tədbirlərdir.
Sonra Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yeniyetmələr yola salınıblar.
Turun planına uyğun olaraq yola salınan yeniyetmələr ilk olaraq YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil olunan Qobustan Milli Tarix-Bədii Qoruğuna və Şirvan Milli Parkına ekskursiya edəcək və daha sonra Masallı şəhərinə gedəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB