Rasim Musabəyov: “Ermənistan ən təhlükəli hərbi xidmət ölkəsinə çevrilib” MÜNASİBƏT
"Söhbət yalnız işğal altında olan Azərbaycan ərazilərində erməni gənclərinin iştirakından getmir. Bu məsələdən erməni gənclərlə yanaşı, həm də erməni əsgərlərinin valideyinləri ehtiyatlanırlar". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, ümumilikdə götürsək Ermənistan ən təhlükəli hərbi xidmət ölkəsinə çevrilib: "Bu baxımdan, haqlı olaraq valideyinlər narahatdırlar. Ona görə də, bununla bağlı məsələ Avropa Məhkəməsinə kimi gedib çıxıb. Ermənistan vətəndaşlarının Serj Sarkisyanın işğalçı siyasətini bütün dünya qarşısında ifşa etməsi müsbət haldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB