Elmar Məmmədyarov Strasburqa gedib

Elmar Məmmədyarov Strasburqa gedib

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin noyabrın 13-də keçiriləcək iclasında iştirak etmək üçün Strasburqa yola düşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, E. Məmmədyarov iclasda Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin yekunlarına dair hesabat təqdim edəcək. O, Azərbaycanın altı aylıq sədrlik müddətinin başa çatması ilə əlaqədar sədrliyi Belçikaya təhvil verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə