MSK-nın iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq MSK-nın 5 noyabr 2014-cü il tarixli iclasının protokolu təsdiqlənib. Sonra səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydaları müzakirə olunaraq qəbul edilib.

Həmçinin iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Sonda cari məsələlər müzakirə olunub.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə