"Mən AXCP-yə mülkümü verdim, qoruya bilmədi. Haqlı olaraq rəhbərliyindən bu doqquz ayda hansı addımları atdıqlarını soruşduqda Əli Kərimlinin ətrafındakı bir qrup adam onun göstərişi ilə mənə ağızlarına gələni söyləyirlər". Bu fikirləri SİA-ya AXCP-nin qərargahı kimi fəaliyyət göstərmiş mülkün sahibi Azər Əsgərov həmin mülkün qəza vəziyyətinə düşdükdən və söküldükdən sonra kompensasiya ala bilməməsinə münasibətini bildirərkən qeyd edib.
"Mən bu günədək bir manat da olsun kompensasiya almamışam. AXCP rəhbərliyi isə hələ də susur"-deyə bildirən mülk sahibi həmçinin qeyd edib ki, onun partiyaya etdiyi yaxşılığa rəğmən, Əli Kərimlinin adamları onu təhqir hədəfinə çevirir, satqın adlandırır: "Bunun səbəbi nədir? Səbəbi Əli kimi müxalifət lideridir. Satılmıs mən yox, Əli, sənsən!".
Azər Əsgərov AXCP rəhbərliyinin onu hakimiyyətlə iş birliyi qurmaqda ittihamına cavab olaraq bildirib ki, əslində, Əli Kərimlinin özü hakimiyyətə işləyir: "Mənim mülkümü və məsum cəbhəçiləri satan sənsən", - deyə AXCP sədrini ittiham edən mülük sahibi həmçinin bildirib ki, əslində, qarşı tərəf bununla arenada özunə imic qazanmaq istəyir: "Nankor insan, mənim damarlarımda əsl keçmisdən gələn bəy qanı axır. Saxta bəylərdən deyiləm. 11 ay hakimiyyətdə olan Əli Kərimli bu 11 ayda yığdıgını 22 ildir xərcləyir, amma qutarmır. Yadınızda saxlayın Atalar deyib, "gədədən bəy olmaz"".
Xatırladaq ki, mülk sahibi Azər Əsgərov sosial şəbəkədə Əli Kərimlinin təlimatı ilə ona qarşı hücumların davam etdiyini də qeyd edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB