YAP-ın üzvləri artıq namizəd statusu alıb

YAP-ın üzvləri artıq namizəd statusu alıb

Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərinə namizədlərinin 802 nəfəri artıq namizədlik statusu alıb. Bu barədə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, YAP tərəfindən bələdiyyələrə ümumilikdə 15009 namizəd irəli sürülüb: "Onların böyük hissəsi imza vərəqələrini götürüblər və 12794 nəfər imza vərəqələrini doldurub müvafiq sənədlərlə birgə dairə seçki komissiyalarına təqdim ediblər. Onlardan da 802 nəfəri artıq namizədlik statusu alıb".

S.Novruzov qeyd edib ki, imza vərəqələrinin təqdim edilməsinin noyabrın 12-də yekunlaşması planlaşdırılır. (trend)

Bütün xəbərlər Facebook səhifəmizdə