Sərdar Cəlaloğlu: "Milli Şura ilə Müsavat arasında heç vaxt normal münasibət olmayıb” MÜNASİBƏT

Sərdar Cəlaloğlu: "Milli Şura ilə Müsavat arasında heç vaxt normal münasibət olmayıb” MÜNASİBƏT

"Əslinə baxsan, mitinqin keçirilməsinin bütün məsuliyyəti təşkilatçıların üzərinə düşür. Ona görə də tribunanı istənilən adama vermək olmaz". Bu fikrləri SİA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranın mitinqinə bu dəfə müsavatçı yetkililərin qatılmamasına münasibət bildirərkən deyib.

ADP sədri bildirib ki, hətta təsadüfi adamlar çıxıb məktubda göstərilməyən şüarlar işlədə bilərlər: "Bu da əlavə problem yaradar. Bütün partiyalardan mitinqə insanlar gedib. Onların iki məqsədi olub. Birincisi, mitinqə dəstək vermək istəyirlər. İkincisi isə bildirirlər ki, Milli Şuranın bu mitinqində qaldırılan problemi Müsavata yad deyil. Müsavat da həmin ağrıya acıyandır. Milli Şuranın mitinqini təşkil edənlərin borcu idi ki, onlara dəstək verən aparıcı partiya liderlərini salamlasın, ən azı alqışlasın. Bu, siyası etikadır. Orada bunu nümayiş etdirməyiblər. Bunlar bilməli idi ki, İsa Qəmbər mitinqə özünü reklam etməyə getməyib. Onlar bunu bilməliydi. Bu kimi məsələlər siyasi mədəniyyətlə əlaqədardır".

"Siz elə zənn etmirsiniz ki, bu saymazlıqda AXCP sədri Əli Kərimli ilə Milli Şuranın sədri Cəmil Həsənlinin razılığı dayanır?" sualını da cavablandıran Sərdar Cəlaloğlu həmçinin xatırladıb ki, Müsavat Partiyası artıq Milli Şuradan ayrılıb: "İkincisi isə, əgər idarəçiliyi kiməsə veribsə, İsa Qəmbər, Arif Hacılı yaxud da müsavatçılar orada necə iştirak edə bilər? Ümumiyyətlə Milli Şura yaranandan Müsavatla münasibətləri heç vaxt normal olmayıb. Belə olan halda bu, belə də olmalı idi. Bir də etiraf edək ki, bu da siyasi mədəniyyətin inkişaf etməməsindən irəli gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə