Səxavət Əlisoy: “Arif Hacılını layiq olmadığı postdan kənarlaşdıracağıq” İDDİA

Səxavət Əlisoy: “Arif Hacılını layiq olmadığı postdan kənarlaşdıracağıq” İDDİA

"Yer-yerindən oynasa belə, Hacılı zehniyyətli birisi istefa barədə düşünməz. Biz onu nizamnamə çərçivəsində layiq olmadığı postdan kənarlaşdıracağıq". Sözügedən fikirləri SİA-ya Qubad İbadoğlu tərəfdarı, Müsavatın narazılar qrupunun əsas simalarından biri olan Səxavət Əlisoy müsavatdaxili son prosesləri şərh edərkən deyib.

Onun sözlərinə görə, proses indi start götürüb və bir aydan sonra partiya üzvlərinin böyük əksəriyyətinin təmsil olunduğu güclü bir fraksiya elan olunacaq və son söz o zaman deyiləcək: "Bizim geri çəkilmək fikrimiz yoxdur. Onlara qarşı müqavimət göstəriləcəyini də istisna etmək olmaz. Təbii ki, onlar müqavimət göstərəcəklər. Birilərinə vəzifə vəd edəcəklər. Bütün bunlar prosesin mahiyyətinə təsir edə bilməz. Hacılını qəbul etməyənlər 5-10 nəfər deyil, minlərlə partiya üzvü, onlarla rayon təşkilatı qurultayın legitimliyini tanımamaq barədə qərar çıxardıqdan sonra o "müqavimət" çox mülayimləşəcək. Hacılı və dəstəsi Müsavat Partiyasının demokratiya dilini qısa ediblər və bunun bədəlini ödəyəcəklər".

Xatırladaq ki, Müsavat Partiyasının rayon təşkilatları da partiyanın rəhbərliyinə qarşı etirazlarını bildirməkdədirlər. Onlar rəhbərliyi öz adlarından bəyanatlar qəbul ediməsinə qarşı kəskin etirazlarını bildiriblər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə