Müsavat Partiyası Divanının sabiq üzvü, Milli Məclisin keçmiş deputatı Nəsib Nəsiblinin Müsavat Partiyasını tərk etməsinin ardınca partiyada istefaların sayı sürətlə artıb. Belə ki, Müsavat Partiyası Məclisinin sabiq sədri, Milli Məclisin keçmiş deputatı Arzu Səmədbəyli də partiya sıralarından istefa verib.
Müsavat partiyası gənclər birliyindən əldə olunan məlumata görə, A.Səmədbəyli istefa ilə bağlı qərarını Müsavatın sabiq başqanı İsa Qəmbərə bildirib. İsa Qəmbər təkidlə Arzu Səmədbəylidən partiyada qalmağı xahiş etsə də, o qərarında qəti olduğunu deyib. Davamlı israrlarının nəticə vermədiyini görən sabiq başqan Arzu Səmədbəylidən heç olmasa indiki məqamda bunu ictimailəşdirməməyi xahiş edib. Yekunda bununla bağlı razılıq əldə olunsa da, Arzu Səmədbəyli açıq şəkildə deyib ki, ilin sonunda o, bununla bağlı qərarını ictimaiyyətə elan edəcək. Hazırda isə Müsavat Məclisinin sabiq sədrinin istirahət etdiyi söylənilir.
Qeyd edək ki, yaxın günlərdə Hikmət Hacızadə, Səxavət Əlisoy, Adil Qeybulla və digər onlarla tanınmış müsavatçının da partiyanı tərk edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB