İran prezidentinin ölkəmizə səfər vaxtı açıqlandı

İran prezidentinin ölkəmizə səfər vaxtı açıqlandı

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinin vaxtı məlum olub. SİA-nın xəbərinə görə, bu barədə İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin rəhbəri Doktor seyid İbrahim İbrahimi məlumat verib. O bildirib ki, səfər noyabr ayının 12-13 tarixlərində baş tutacaq.

Onun sözlərinə görə, səfər çərçivəsində 20-ə yaxın müqavilə imzalanacaq ki, bu da iki ölkə arasında münasibətlərin yaxınlaşmasına dəlalət edir: "Səfər çəçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə