Mais Səfərli: “Hesab edirəm ki, partiyadan istefaların baş verməsi gözlənilən idi” AÇIQLAMA
"Müsavat Partiyasında fraksiyaların yaradılması artıq bu partiyanın parçalanmasından, çökməsindən xəbər verir. Təbii ki, bu hadisənin özü belə gözlənilən idi". Bunu SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli Müsavat Partiyasında fraksiyaların yaradılmasına münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, Müsavat Partiyasının qurultayı başa çatar-çatmaz orada gedən proseslər ondan xəbər verdi ki, artıq partiyada parçalanma prosesləri gedəcək: "Heç şübhəsiz ki, həmin parçalanma prosesi indi də davam edir. Hesab edirəm ki, onların çökməsi anı getdikcə daha böyük vüsət alacaq. Əslində Müsavat Partiyasında olanların çoxu İsa Qəmbərlə uzun illər bir yerdə olduqlarına görə partiyada qalmışdılar. İsa Qəmbərin özü belə, 20 ildən artıq Müsavat Partiyasında, müxalifətdə olsa da heç bir uğura nail ola bilmədi. Bu mənada hesab edirəm ki, partiyadan istefaların baş verməsi gözlənilən idi. Xüsusilə də burada ən çox diqqəti çəkən məqam Müsavatın qurucuları olan insanların partiyadan getməsi idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB