Elmar Məmmədyarov: “Girovlar tezliklə qaytarılacaq”

Elmar Məmmədyarov: “Girovlar tezliklə qaytarılacaq”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu ilin yayında 2 azərbaycanlı - Dilqəm Əhmədov və Şahbaz Quliyevin işğal edilmiş Azərbaycan ərazisi olan Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsi məsələsinə aydınlıq gətirib.

SİA-nın məlumatına görə, nazir bildirib ki, girovlar tezliklə qaytarılacaq: "Prezidentlərin Paris görüşündə də girovların məsələsi bir daha qaldırıldı. Bununla belə, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri ilə də bu məsələ müzakirə edilib. XİN olaraq bu işlə məşğul oluruq. İnanıram ki, onlar tezliklə qaytarılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə