Hərbi Dəniz Qüvvələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır FOTOLAR
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Hərbi Dəniz Qüvvələrində döyüş hazırlıq üzrə intensiv məşqlər keçirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Müdafiə Nazirliyinin rəhbərliyi və Hərbi Dəniz Qüvvələri komandanlığı gəmilər və heyət tərəfindən qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsi səviyyəsi, döyüş manevretmə və idarəetmə, həmçinin qarşılıqlı əlaqə imkanlarını yoxlayır.
Təlim-məşqləri Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığı səviyyəsinin artırılması, o cümlədən Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birgə keçiriləcək təlimlərə hazırlıqa məqsədi daşıyır.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB