Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Takın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Azərbaycanda iqtisadi fəaliyyətin daha da optimallaşdırılması, xidmət sahəsində həyata keçirilən genişmiqyaslı islahatların, o cümlədən ölkəmizdə yaradılan "ASAN xidmət" tərəfindən görülən işlərin əhəmiyyəti vurğulandı. Bildirildi ki, Dünya Bankı Azərbaycanda həyata keçirilən iqtisadi layihələrə öz dəstəyini verməkdə maraqlıdır.
Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB