"Dekabrın əvvəlində İsveçrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş olacaq". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro ilə təşkil edilmiş birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Paris görüşündə geniş müzakirələr aparılıb: "Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Paris görüşü pozitiv addım olub. Azərbaycan və Ermənistan prezidentləri həm həmsədrlər, həm də liderlər səviyyəsində görüşüblər. Biz sülh sazişinin üzərində işləməli və qalan məsələləri müzakirə etməliyik.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş isə dekabrın əvvəlində İsveçrədə baş tutacaq. Ola bilsin, bu ərəfədə prezidentlər səviyyəsində də görüş olsun".
Elmar Məmmədyarov deyib ki, bu görüşlərdən ən əhəmiyyətlisi isə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasının müzakirə olunduğu görüşdür: "Belə olan halda, biz sülh prosesini işləyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB