Səxavət Əlisoy: “Müsavat-AXCP müttəfiqliyinə mane olan birinci adam Arif Hacılıdır” AÇIQLAMA

Səxavət Əlisoy: “Müsavat-AXCP müttəfiqliyinə mane olan birinci adam Arif Hacılıdır” AÇIQLAMA

Müsavat Partiyasının başqanı Arif Hacılının ötən həftə keçirdiyi mətbuat konfransında Müsavat Partiyasının AXCP ilə müttəfiqliyə məcbur olduğunu deməsi adıçəkilən partiya daxilində birmənalı qarşılanmayıb. Bu fikrə qarşı münasibətini bildirənlərdən biri də Müsavatın narazılar qanadında yer alan keçmiş başqan İsa Qəmbərin müşaviri Səxavət Əlisoydur. Məsələ ilə bağlı SİA-ya açıqlama verən keçmiş başqan müşaviri Arif Hacılının bu fikirlərini səmimi qəbul etmədiyini deyib. Səxavət Əlisoyun fikrincə, Müsavatın AXCP-ilə müttəfiqliyinə mane olan birinci adam, məhz Arif Hacılıdır: "Hacılının dediklərinə mən heç bir münasibət bildirmək istəməzdim. Ancaq bütün bunlara rəğmən, onun irəli sürdüyü fikrə cavab olaraq sadəcə onu demək istəyirəm ki, Müsavat Partiyasının AXCP ilə müttəfiqliyinə mane olan üç adam varsa, birincisi Hacılıdır".

Xatırladaq ki, Arif Hacılı ilk olaraq, AXCP ilə münasibətləri yenidən qurmaq istiqamətində bəyanat səsləndirib və bu bəyanat Müsavatın narazı qrupu tərəfindən cəbhəçilərin ayağına getmək kimi qiymətləndirilir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə