XİN-dən rəsmi açıqlama gəldi

"Londonda 3-6 noyabr tarixlərində keçirilən "World Travel Market" ənənəvi turizm sərgisində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış işğalçı rejimin təqdim olunmasının qarşısının alınması üçün hələ tədbirin başlamasından əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı Reed Exhbitions şirkəti qarşısında Azərbaycan Respublikası Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyi tərəfindən məsələ qaldırılıb". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, həmçinin Böyük Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri bununla bağlı Böyük Britaniya hökumətinə müraciət ünvanlayıblar: "Reed Exhibitions şirkəti separatçı rejimin heç bir halda "World Travel Market" turizm sərgisində ayrıca stendlə təmsil olunmayacağını bildirib. Həmçinin, qondarma rejimi təmsil etdiyini iddia edən "Qarabağ Turizm İnkişaf İdarəsi"nin (Karabakh Tourism Development Agency) bu sərgidə iştirakına rəsmən icazə verilməyib.

Azərbaycan Respublikasının səfirliyi tərəfindən Ermənistan Turizm Nazirliyinə aid olan pavilyonda Azərbaycanın işğal edilmiş "Karabakh" adı altında təqdim edilməsi məsələsi ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı Reed Exhbitions şirkəti ilə iş davam etdirilməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə