Asim Mollazadə: “İşğalçı ölkəyə qarşı sanksiyalar tətbiq olunmalıdır” AÇIQLAMA
"Ümumiyyətlə Ermənistan tərəfinin iddiasına görə, guya ki, onlar Avropa İttifaqı ilə əməkdaşlıq edib. Amma bütün hallarda onların oyunları bitmiş hesab olunur". Bunu SİA-ya millət vəkili Asim Mollazadə Ermənistanın Avrasiya İqtisadi İttifaqına və Avropa İttifaqına qoşula bilməməsi məsələsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Ermənistan müstəqil dövlət deyil və buna görə də o, öz xarici siyasəti ilə bağlı hansısa qərarlar verə bilməz: "Sadəcə olaraq işğalçı ölkəyə sahiblərindən əmr gəldiyi üçün onlar Gömrük və Avrasiya İqtisadi İttifaqına qoşulmaq məcburiyyətində qaldı. Bundan öncə isə rəsmi Yerevan bütün Avropa ictimaiyyətini aldadırdı ki, guya onlar Avropa Birliyi ilə inteqrasiya proseslərində iştirak edir və Avropa yolunu seçib. Təbii ki, bu özlüyündə onu göstərir ki, işğalçı ölkə məharətlə beynəlxalq ictimaiyyəti aldada bilər. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ona görə mümkün olmur ki, beynəlxalq təşkilatlar Ermənistanı sülhə məcbur etmirlər. Düşünürəm ki, işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB